Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, rəvayət olunur ki, Ayətullah üzma Burucerdi (r) vəfatından bir neçə gün öncə bir qrup şəxs onun görüşünə gəlmiş və ağanı çox kədərli görmüşdülər.
Ağa kədərli halda buyurdu:
Axır ki, ömrümüz keçdi və biz də getdik, amma özümüz üçün qabaqcadan heç nə apara bilmədik və dəyərli bir əməl də görə bilmədik.
Orada olanlardan biri ağanın sözünü eşidib dedi:
Ağa, siz niyə belə deyirsiniz ki?! Bu sözü biz yazıqlar deməliyik, siz niyə?
Əlhəmdulillah, siz bu qədər xeyirli əsərlər özünüzdən yadigar qoymusunuz bu qədər şagird tərbiyə etmisiniz bu qədər kitab yadigar qoymusunuz bu qədər möhtəşəm məscid inşa etmisiniz və müxtəlif yerlərdə çoxlu məktəblər tikdirmisiniz.
O şəxsin sözü bitəndə, Ayətullah Buruceyrdi (r) elə bir cümlə buyurdu ki, zahirdə hədisi-qudsi idi.
O Həzrət buyurdu:
اَخْلِصِ الْعَمَلَ فَاِنَّ النَّاقِدَ بَصیرٌ بصیرٌ
Əməli ixlasla yerinə yetir, çünki orada çox agah və görən bir dəyərləndirən var.
Sonra əlavə etdi:
«Sən elə güman edirsən ki, camaat arasında necə görünürsə, Allah dərgahında da mütləq elədir? Halbuki,
“Allah sizin nə etdiklərinizdən xəbərdardır.”
Mənbə: Simaye Fərzanqan, Qum, səh. 123.
Rəyiniz